cümə axşamı 10 aprel 2025 - 19:35
Beynəlxalq ictimaiyyət Nigeriyada müsəlmanların qətliamına səssiz qalmasın.

Höccətül-İslam Seyid Şəfqət Şirazı verdiyi bəyanatda Dünya Qüds Günü zamanı Nigeriyada baş verən son cinayəti sərt şəkildə qınayıb və beynəlxalq ictimaiyyəti insan hüquqlarının açıq şəkildə pozulması qarşısında səssiz qalmamağa çağırıb.

Hövzə Xəbər Agentliyinin Tərcümə Qrupunun məlumatına görə, Pakistanın “Müsəlmanların Vəhdət Məclisi” partiyasının Xarici Əlaqələr üzrə katibi Höccətül-İslam Seyyid Şəfqət Şirazı verdiyi bəyanatda Nigeriyada Dünya Qüds Günü münasibətilə baş verən son qətliamı sərt şəkildə qınayıb və beynəlxalq ictimaiyyəti insan hüquqlarının açıq şəkildə pozulması qarşısında səssiz qalmamağa çağırıb.

30 mart 2025-ci il tarixində Nigeriyada keçirilən Dünya Qüds Günü yürüşləri zamanı ölkənin hərbi qüvvələri etiraz edən dinc insanlara birbaşa atəş açaraq 10 nəfəri şəhid edib, onlarla insanı isə yaralayıb və ya həbs ediblər. Hələlik saxlanılan şəxslərin taleyi ilə bağlı heç bir məlumat verilməyib, beynəlxalq media da bu qanlı hadisəyə reaksiya göstərməyib.

Höccətül-İslam Şəfqət Şirazı bu hadisəyə münasibət bildirərək insan hüquqları təşkilatlarının və beynəlxalq medianın susqunluğunu sərt tənqid edib və deyib: Hər il olduğu kimi, bu il də xalq sülh yolu ilə, Fələstin xalqına dəstək vermək və Sionist rejimin Qəzzəyə qarşı hücumlarını pisləmək məqsədilə nümayiş keçirdi. Lakin onlar Nigeriya ordusunun zorakı müdaxiləsi ilə qarşılaşdılar.

O əlavə edib: Bu hərbi müdaxilə təkcə qanunsuz deyil, həm də zülmkar və qeyri-insani bir davranışdır. Dünyadakı bütün müsəlmanlara vacibdir ki, bu açıq-aşkar zülmə qarşı səssiz qalmasınlar, sözlərini desinlər və həqiqəti dünya ictimaiyyətinə çatdırsınlar.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha